"Azərbaycan-İran münasibətləri olduqca önəmlidir "
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib
Azərbaycan üçün Azərbaycan-İran münasibətləri regional inkişaf və təhlükəsizlik baxımından olduqca önəmlidir.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan hər zaman İranla münasibətlərin müsbət müstəvidə inkişafında maraqlı olub. Son zamanlar iki ölkə arasında münasibətlərdə gərginliklər yarandı, bunun çox ciddi səbəbləri vardı. Lakin İran xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Azərbaycana səfərini, Qoşulmama Hərəkatı nazirlər iclasında iştirakını, bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox müsbət qiymətləndiririk”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, bu görüş əsasında bütün məsələləri və gərginliyə səbəb olan mövzuları da açıq şəkildə müzakirə etmək imkanları oldu.
"İran tərəfindən fikir ayrılıqlarının götürülməsi istiqamətində ciddi addımlar atmaq niyyətini görürük. Belə olan təqdirdə Azərbaycanda adekvat, qarşılıqlı addımlar atacaq", - deyə Ceyhun Bayramov əlavə edib.