Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa çalışır
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib
Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmağa çalışır, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması o zaman mümkündür ki, regiondankənar qüvvələr bu məsələyə müdaxiləni dayandırsın.
TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB-dən olan həmkarları ilə görüşündə deyib.
“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq”, - deyə o, əmin edib.
Bu məqsədlə, Patruşev davam etdi, Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır. "Təcrübə göstərir ki, bu, yalnız regiondankənar qüvvələrin müdaxilə etməməsi şərti ilə mümkündür", - o vurğulayıb.