Qiyamdan sonra Putinin Priqojinlə şəxsi görüşü olub
Məlumatı Rusia Prezidentinin sözçüsü Dmitri Peskov təsdiq edib
Dmitri Peskov Vadimir Putinin "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) üsyanından 5 gün sonra, iyunun 29-da Kremldə ÖHŞ-in rəhbəri Yevqeni Priqojinlə görüşdüyünü təsdiqləyib.
Təxminən 3 saat davam edən görüşdə ÖHŞ komandirləri də iştirak edib, ümumilikdə 35 nəfər olub.
Onun sözlərinə görə, “prezident baş verənlərlə bağlı öz qiymətini verib və ÖHŞ nümayəndələrinə işlə təmin olunma variantlarını təklif edib”.