18:00
Kilsədə Paşinyana hücum cəhdi.
Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin məlumatı:
Müqəddəs Anna kilsəsində baş verən hadisədən sonra xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq şübhəsi ilə üç nəfər saxlanılıb.
Saxlanılanlar və iş materialları İstintaq Komitəsinə təhvil verilib.
***
13:09
Sosial mediada Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etdiyi hadisəni əks etdirən video yayılıb. Müqəddəs Anna kilsəsində keçirilən ibadətdən sonra o, təhlükəsizlik xidmətinin müşayiəti ilə çıxışa doğru gedərkən bir nəfər ona zərbə endirməyə cəhd edib.
Kişi "Mənə belə baxma!" deyə qışqıraraq Paşinyana əl atıb, amma zərbə hədəfə çatmayıb və əli boşa çıxaraq az qalıb ki, parlament spikeri Alen Simonyana dəysin.
1 dəqiqədən az