Ermənistan İranda “3+3” formatındaki görüşə dəvət alıb
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı bildirib
Hökumət Tehranda Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün mümkünlüyünü nəzərdən keçirir.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Ermənistan İrandan dəvət alıb və hazırda bu məsələni iranlı həmkarları ilə müzakirə edir: “Nazirlər səviyyəsində dəvət daxil olub və Ermənistan, Azərbaycan, Gürcüstanın xarici işlər nazirliklərinə göndərilib”.
Kostanyan əlavə edib ki, “3+3” formatı həm də Türkiyə, İran və Rusiya nümayəndələrinin iştirakını nəzərdə tutur.