Putin Rusiya xalqına müraciət etdi VİDEO
Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, eyni zamanda, xalqa vurulan zərbə və satqınlıq adlandırıb
Rusiyada üsyan təşkil etməyə çalışırlar.
Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Putin bildirib ki, onlar üsyanla Rusiyanı məğlubiyyətə və təslim olmağa sövq etməyə çalışırlar: "Rusiya özünü daxili xəyanətdən qoruyacaq".
Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, eyni zamanda, xalqa vurulan zərbə və satqınlıq adlandırıb:
"Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən bir Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".
O, hərbi qiyamın təşkilatçılarının zərərsizləşdirilməsi üçün müvafiq əmr verildiyini bəyan edib.