Ukrayna məsələsi Bakı ilə münasibətləri pisləşdirməməlidir
Bunu jurnalistlərin sualına cavabında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib
Peskov bildirib ki, Ukrayna məsələsi Bakı ilə münasibətlərin pisləşməsinə səbəb olmamalıdır.
Rusiya və Azərbaycanın Ukraynadakı vəziyyətlə bağlı fikirləri həqiqətən fərqlidir, lakin Moskva praqmatik yanaşma tətbiq edir və ikitərəfli münasibətləri bu cür qiymətləndirmələrlə əlaqələndirməyi zəruri hesab etmir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
"Sıx münasibətlərimiz olan bir sıra ölkələr var ki, onlar müəyyən mövqe tuturlar - təkrar edirəm, qəti şəkildə razılaşmadığımız mövqe. Bəli, bu, bizim fikir ayrılığımızın mövzusudur. Eyni zamanda, biz hesab edirik ki, bu, məsələnin ikitərəfli münasibətlərimizə kölgə salması üçün səbəb deyil. Biz burada praqmatik yanaşma tətbiq edirik", - deyə o bildirib.
Peskov əlavə edib ki, Rusiya "Azərbaycan kimi bir ölkə ilə" münasibətlərini inkişaf etdirməlidir.
Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna məsələsindəki mövqeyi "son dərəcə səhvdir". O, vurğulayıb ki, Moskva bu məsələ ilə bağlı mövqeyini ardıcıl və inandırıcı şəkildə izah etməyə davam edəcək.
1 dəqiqə