Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan TRİPP və Azərbaycanla alış-veriş haqda da dnışıb
Ermənistan və Türkiyə birbaşa qarşılıqlı ticarətin rəsmiləşdirilməsinə başlayıb.
Bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
O qeyd edib ki, əvvəllər gömrükdə satışlar texniki olaraq üçüncü ölkələr üçün rəsmiləşdirilirdi, fiziki olaraq isə Ermənistan və Türkiyə arasında mallar başqa yollarla — əsasən Gürcüstan vasitəsilə daşınmağa davam edir.
“Sərhəd məsələsinə gəldikdə, əvvəllər dəfələrlə bildirdiyim kimi, proses o qədər yetişib ki, biz istənilən vaxt sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına keçə bilərik”, - Mirzoyan vurğulayıb.
Əminəm ki, TRIPP və digər proqramlar çərçivəsində Azərbaycan yükləri tədricən Ermənistandan tranzit keçəcək. Ararat Mirzoyan
"Məqsədimiz Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq və sonra onu təsdiqləməkdir. Bu, fiziki olaraq mümkün olana qədər, sülhdən qaynaqlanan və sülhün daha da möhkəmlənməsinə töhfə verən bir sıra addımları və əməkdaşlığı gücləndirməyə və genişləndirməyə davam edəcəyik, məsələn, ikitərəfli ticarət, bu halda yalnız Azərbaycanın öz ərazisini Ermənistana gələn və gedən yüklər üçün açması", - deyə ER xarici işlər və ticarət naziri 2027-ci il büdcəsinin ilkin müzakirəsi zamanı qeyd edib.
TRIPP haqqında danışan Mirzoyan xatırladıb ki, Ermənistanın şimalı və cənubu Naxçıvan vasitəsilə birləşdiriləcək və bu, Ermənistana Azərbaycanla dəmir yolu ilə ticarət etməyə və üçüncü ölkələrə mal almağa və satmağa imkan verəcək. Oxşar imkanlar Azərbaycan üçün də mövcud olacaq.
2 dəqiqə