Saakaşvili klinikadan cəzaçəkmə müəssisəsinə köçürülüb
Bu barədə Gürcüstan mətbuatı xəbər verir
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili klinikadan cəzaçəkmə müəssisəsinə köçürülüb.
Penitensiar Xidmət qeyd edib ki, məhkum edilmiş keçmiş prezidentin səhhəti qənaətbəxş olduğundan, artıq stasionar müalicəyə ehtiyacı yoxdur.
Əvvəlki hökmlərə əsasən, Saakaşvili 2034-cü il aprelin 1-dək həbsdə qalmalıdır.
1 dəqiqədən az