"İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirik"
Bunu Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasıyla bağlı Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib
İrəvanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqı ilə müqayisədə bir neçə dəfə azdır, Ermənistanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalır.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, 11 ayın yeni statistikasını açıqlayıb: "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,6 milyard dollar, Aİİ ilə isə təxminən 12 milyard dollardır. Bunu iqtisadiyyat və reallıq deyir.
"Aİ-yə qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin təşəbbüskarları başa düşürlər ki, Avropa İttifaqına qoşulmaq “çox hipotetik bir şeydir” və Avrasiya İttifaqının tərkibində əldə etdikləri iqtisadi fayda və üstünlükləri itirmək istəmirlər", - Rusiya rəsmisi qeyd edib.
O qeyd edib ki, "Onlar Aİİ-dən çıxmaq planlarının olmadığını deyirlər. Bəs indiki vəziyyətin özəlliyi nədir? Uzun müddətdir ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə bağlı müzakirələr gedir. Müzakirələr var idi, lakin 2025-ci il yanvarın 9-da cümə axşamı Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləyərək hüquqi əhəmiyyətli addım atdı. Bu vəziyyətin özəlliyi də budur. Bu, Ermənistan hökumətinin qərarı idi və biz bunu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk.
Eyni zamanda o qeyd edib ki, Ermənistanla Aİ arasında mümkün yaxınlaşma müzakirələri uzun müddətdir ki, davam edir, bunun fonunda Rusiya biznesi artıq müəyyən sahələrdə Ermənistan bazarında əməliyyatları azaltmağa başlayıb.