Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam edəcək
Bunu Baş nazir Nikol Paşinyan sərhəd qoşunlarının yaradılması münasibətilə keçirilən təntənəli tədbirdə bildirib
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası yaxın vaxtlarda davam etdiriləcək.
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Yaradılması Günü münasibətilə keçirilən tədbirdə çıxış edib.
Ermənistan mediası xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan sərhəd qoşunlarının yaradılması münasibətilə keçirilən təntənəli tədbirdə bildirib.
O qeyd edib ki, proses məntiqi müddətlərdə yekunlaşacaq.

Paşinyan bildirib ki, Azərbaycanla sərhəddəki güclü istehkamlar və müdafiə qurğuları müəyyən bir vaxtda sərhəd qoşunlarına təhvil veriləcək.
Ermənistanın baş naziri Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması mərasimində bildirib ki, bu, tam sülh şəraitində baş verəcək. O, əmin edib ki, Ermənistan bu istiqamətdə hər gün artan inamla irəliləyir.
Sərhədçilərin (ordu bölmələrinin deyil) yerləşdiyi yerlərdə təhlükəsizlik etimadı daha yüksəkdir. Paşinyan əlavə edib ki, dövlət məhz bu inamla sərhədin müəyyən bir hissəsini sərhədçilərə təhvil vermək qərarına gəlir.
1 dəqiqə