XƏBƏRLƏR / Qonşular

Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh barədə

Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan səhər sübhdən "sülh söhbətləri"ni davam etdirir.

    Bu dəfə Paşinyan Ermənistan və Azərbaycan ərazi həcmindən danışıb:

    "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və təsdiqlənməsindən sonra Ermənistanın ərazisi 29.743 kvadrat kilometri əhatə etməlidir. Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır. Bu o deməkdir ki, iki ölkə müəyyən edilmiş ölçülərə ciddi şəkildə riayət etməklə bərabər ölçülü ərazilər mübadiləsi aparmalıdır.

    Türkmənistanda Azərbaycan Prezidenti ilə təmaslarımdan sonra ilkin təəssüratım yarandı ki, sülhü məhz bu şəkildə formalaşdırmaq imkanımız var. Yaxın gələcəkdə bu fürsəti reallaşdırmaq üçün çalışacağıq."

    ARAYIŞ ANS Press:

    Azərbaycanın Ermənistan daxilindəki anklavları

    Yuxarı Əskipara – Qazax rayonuna aid olan, 860 hektar ərazisi olan kənd (1992-ci ildə işğal olunub).

    Barxudarlı – Qazax rayonuna aid olan, 320 hektar ərazisi olan kənd (1992-ci ildə işğal olunub).

    Sofulu – Qazax rayonuna aid olan, 439 hektar ərazisi olan kənd (1992-ci ildə işğal olunub).

    Kərki – Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid olan, təqribən 19 kv. km ərazisi olan kənd (1990-cı ilin yanvarında işğal olunub). 

    Ermənistanın Azərbaycan daxilindəki anklavı

    Başkənd (ermənicə: Artsvaşen) – Gədəbəy rayonunun ərazisində yerləşən, təxminən 40 kv. km sahəyə malik anklav kənd 1992-ci ilin avqust ayından Azərbaycanın nəzarətindədir.