Türkiyə-Ermənistan sərhədi açılmaq ərəfəsindədir FOTO
Bu barədə Türkiyə mətbuatı yazır
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində əsas körpüyə çevriləcək Əlican gömrük postunda (Ermənistan tərəfindəki Marqara keçid məntəqəsi – ANSPress.) hazırlıqlar sürətlənib. Türkiyə mediasının məlumatına görə, İğdır valisi Fırat Taşolar sərhəd keçid məntəqəsinin davam edən yenidənqurma və modernləşdirilməsini şəxsən yoxlayıb və mövcud vəziyyəti barədə məlumat alıb.

1993-cü ildən bəri mülki nəqliyyat üçün bağlanmış, lakin zəlzələ qurbanlarına yardım çatdırmaq üçün müvəqqəti olaraq açılan Əlican gömrük postu hazırda daimi fəaliyyətə hazırlıq işləri görür. Vali Taşolar texniki heyətlə birlikdə sərhəd boyunca binaları və keçid yollarını yoxlayıb. Yoxlama zamanı o, işlərin tez bir zamanda başa çatdırılmasının planlaşdırıldığını qeyd edib.
Mediada yer alan məlumata görə, Əlican gömrük postunun açılması təkcə diplomatik addım deyil, həm də regionun iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verəcək. Postun aktivləşdirilməsinin İğdır və ətraf əyalətlərdə sərhəd ticarətinin canlanmasına və ticarət fəaliyyətinin artmasına, Qafqazdan keçən nəqliyyat yollarının uzunluğunu azaltmaqla logistika üstünlükləri yaradacağı və iki ölkə arasında qarşılıqlı səyahətlər vasitəsilə regional turizmin təşviq ediləcəyi gözlənilir.
1 dəqiqə