Rusiya ilə həmsərhəd rayonlarda əməliyyat-axtarış tədbirləri
“Sərhəd-Sipər” əməliyyatı bir həftə davam edəcək
Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarının ərazisində hər iki ölkənin Daxili İşlər nazirliklərinin rəhbərlərinin qarşılıqlı razılaşması əsasında kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərə başlanılıb.
Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində aparılan əməliyyat tədbirləri ilə əlaqədar müvafiq yerlərdə polis postları yaradılıb.
“Sərhəd-Sipər” əməliyyatı bir həftə davam edəcək.