XƏBƏRLƏR / Qonşular

İranın sabiq prezidenti Həsən Ruhaniyə cinayət işi açılıb

O, birja problemləri və valyuta bazarına müdaxilədə ittiham olunur

İranın sabiq prezidenti Həsən Ruhaniyə cinayət işi açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın sabiq prezidenti Həsən Ruhaniyə cinayət işi açılıb. Bu barədə İran parlamentinin deputatı Nəsrullah Pejmanfər məlumat verib.

    O qeyd edib ki, sabiq dövlət başçısı barəsində cinayət məcəlləsinin iki maddəsi üzrə iş başladılıb. 

    Məlumata görə, birja problemləri və valyuta bazarına müdaxilədə ittiham olunan Ruhaniyə qarşı 700 min nəfərin şikayəti ilə bağlı iş prokurorluğa göndərilib.