Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın martın 10-da imzaladığı sərəncama əsasən, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək
10:30
Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.
Səsvermə üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir.
Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın martın 10-da imzaladığı sərəncama əsasən, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Ehtiyac yarandığı halda, seçkilərin ikinci turunun mayın 28-də keçirilməsi planlaşdırılır.
Prezident seçkiləri parlament seçkiləri ilə eyni gündə keçiriləcək.
***
Bu gün qardaş Azərbaycanda yaşayan Türkiyə vətəndaşları öz namizədlərinə səs verirlər. Xalq öz seçimini edir.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında söyləyib.
Səsvermənin Türkiyə milləti və dövləti üçün xeyirli olmasını diləyən Türkiyənin səfiri Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşının səs verəcəyini bildirib.
Səfir prezident və parlament seçkiləri üçün səsvermənin Azərbaycanda Bakı ilə yanaşı, Gəncə və Naxçıvanda da keçirildiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, səsvermə saat 09:00-dan 21:00-dək davam edəcək.