İran yeni ballistik raketini nümayiş etdirib FOTO
Təqdimatda prezident Pezeşkian iştirak edib

İran prezidenti Pezeşkianın müdafiə və kosmik yeniliklərlə tanış olmaq üçün ölkənin Müdafiə Nazirliyinə səfəri zamanı 1700 km uçuş məsafəsinə malik “Etemad” ballistik raketi nümayiş etdirilib.
Mənbələrə görə, uzunluğu 16 m və diametri 1,25 m olan raket müdafiə idarəsinin son ballistik raketi kimi təqdim edilib. O, həmçinin zərbə anına qədər idarə olunan döyüş başlığına malikdir.