Türkiyədə “Azərbaycan Məhəlləsi”ndə tikinti işləri bitirilir
Bu barədə Kahramanmaraş valisi Mükerrem Ünlüer mətbuat konfransı zamanı bildirib

Azərbaycan dövlətinin dəstəyi ilə Kahramanmaraşda inşası davam edən “Azərbaycan Məhəlləsi”ndə tikinti işləri bitmək üzrədir.
Bu barədə Kahramanmaraş valisi Mükerrem Ünlüer mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, 1-2 ay ərzində rəsmi açılışla insanların oraya köçü başlayacaq.