Ankarada Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
Müzakirə olunan mövzular arasında Rusiya-Ukrayna müharibəsi və Taxıl sövdələşməsi olacaq
Türkiyənin "Hürriyət" qəzeti xəbər verir ki, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.
Mənbənin sözlərinə görə, görüşdə terrorla mübarizə sahəsində son irəliləyişlər müzakirə olunacaq, ölkə daxilində və xaricdə həyata keçirilən əməliyyatlar barədə məlumat veriləcək.
Suriyadakı hadisələr də müzakirə olunacaq. Bundan sonra Milli Təhlükəsizlik Şurasının əvvəlki iclasında müzakirə edilən suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı son vəziyyətin qiymətləndirilməsi aparılacaq.
Müzakirə olunan mövzular arasında Rusiya-Ukrayna müharibəsi də olacaq. Taxıl sövdələşməsi məsələsinə baxılması gözlənilir.