XƏBƏRLƏR / Qonşular

İranda enerji qıtlığı: 17 əyalətdə müəssisələr bağlanıb

Məlumatı BBC yayıb

İranda enerji qıtlığı: 17 əyalətdə müəssisələr bağlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın, ən azı, 17 əyalətində havanın çirkli olması və enerjiyə qənaət edilməsi səbəbindən dövlət və özəl müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılıb.

    Məlumatı BBC yayıb.

    İran mediası şənbə günü bağlanacaq ən azı 17 vilayətin adını açıqlayıb: Kirmanşah, Kürdüstan, Kirman, Zəncan, Əlburz, Tehran, Semnan, Gülüstan, Qum vilayəti, Xorasan Rəzəvi, Cənubi Xorasan, Şimali Xorasan, Qəzvin, Mazandaran və Ərdəbil və s.

    Məlumata görə, İranda ancaq tibb müəssisələri fəaliyyət göstərəcək.

    Bildirilib ki, Tehrandakı bir sıra universitetlərdə, o cümlədən Şərif, Əllamə Tabatabi, Əl-Zəhra, Tərbiət Müdərris, Aləm və Fərxanq, Peyam Nurda planlaşdırılan semestrin birinci imtahanı təxirə salınıb.

    Qeyd edək ki, İranda 31 əyalət var. Son aylarda bölgələrdə yanacaq və elektrik enerjisi çatışmazlığı yaşanır. Mütəxəssislərin fikrincə, Tehran hakimiyyəti bu sahədə yaranan qıtlığı aradan qaldırmaq məqsədi ilə havanın çirklənməsini əsas göstərərək müəssisələri müvəqqəti olaraq bağlayır.