İstanbul polisi İŞİD-in məlumat bazasını ələ keçirib
Bu barədə "The Daily Sabah" nəşri yazıb
İstanbul polisinin həyata keçirdiyi uğurlu əməliyyatdan sonra 9952 terrorçunun adlarını və məlumatlarını özündə əks etdirən İŞİD terror qruplaşmasının məlumat bazası ələ keçib.
Bu barədə "The Daily Sabah" nəşri yazıb.
Əməliyyat İstanbulda bir kafedə başlayıb və hava limanında məlumat bazasına sahib olan şübhəlinin ələ keçirilməsi ilə başa çatıb.
Bazada terrorçuların bacarıqlarından tutmuş yaşayış yeri və şəxsiyyət vəsiqəsi məlumatlarına qədər onların bioqrafik məlumatlarını özündə əks etdirən məlumatlar yer alıb.
Qeyd olunub ki, müxtəlif ölkələrin kəşfiyyat orqanları bu bazanı ələ keçirmək üçün səylər göstərib. Məlumat bazası ilk olaraq 2019-cu il oktyabrın 27-də öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə məxsus olub.