XƏBƏRLƏR / Qonşular

Bakı İranı diplomatlar üçün təhlükəli ölkə siyahısına saldı

Müvafiq fərmanı Baş nazir Əli Əsədov imzalayıb

Bakı İranı diplomatlar üçün təhlükəli ölkə siyahısına saldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran müharibə və silahlı münaqişə şəraitində Azərbaycan diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdiyi ölkələrin siyahısına əlavə edilib.

    Müvafiq fərmanı Baş nazir Əli Əsədov imzalayıb.

    Sənəddə Nazirlər Kabinetinin 21 yanvar 2008-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Diplomatik Xidmət İşçilərinə Zəmanət və Kompensasiyaların Təmin Edilməsi Qaydalarında dəyişiklik edilir.

    Qərara əsasən, İran İslam Respublikası Azərbaycan diplomatik nümayəndəlikləri və konsulluqları üçün xüsusi fəaliyyət şərtləri olan ölkələrin siyahısına əlavə edilib.

    İran bu siyahıda səkkizinci ölkədir. Fərman 1 mart - 31 dekabr 2026-cı il tarixləri arasında qüvvədədir.