Hakan Fidan və Sergey Lavrov da Tehrandadır
İranda Cənubi Qafqaz üzrə “3+3” platformasının xarici işlər nazirlərinin görüşü keçirilir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehrana səfər edib.
Fidan Cənubi Qafqaz üzrə “3+3” platformasının xarici işlər nazirlərin Tehrandakı görüşündə iştirak edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İrana səfər edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, Cənubi Qafqaz üzrə 3+3 Regional Məşvərət Platformasının Nazirlər Toplantısında iştirak edəcək.
Qeyd edək ki, Ceyhun Bayramov da eyni toplantıda iştirak etmək üçün Tehrana gedib.
Xatırladaq ki, bu görüşdə Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran XİN başçıları iştirak edəcək.
Gürcüstan görüşdən imtina edib.