Gürcüstan "3+3"də iştirak etməyəcək
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb
Gürcüstan oktyabrın 23-də Tehranda keçirilməsi planlaşdırılan “3+3” iclasında iştirak etməyəcək.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”, - məlumatda bildirilir.
Xatırladaq ki, bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək. Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
"IRNA"nın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətidən də danışılacaq.
Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.