Xəzərdə suitilərin kütləvi ölməsinin səbəbi açıqlandı
Bu barədə TASS xəbər verir
Dağıstanda Xəzər dənizi sahillərində ölü tapılan suitilərin kütləvi ölüm səbəbi məlum olub. TASS-a bu barədə Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib. Onun sözlərinə görə, Dağıstanda Xəzər sahillərində ölən suitilərdə quş qripi aşkarlanıb.
"Dekabr ayında sahildə tapılan suitilərin bioloji nümunələri üzrə tədqiqatların ilk nəticələrinə görə, quş qripi aşkar edilib. Bunlar yalnız ilkin araşdırmalardır və hazırda da araşdırmalar davam edir. Amma əminliklə deyə bilərik ki, virus tapılıb", - deyə o söyləyib.
"Hazırda ştamın növü müəyyənləşdirilir", - deyə Hacıyev əlavə edib.