"Türkiyə qardaşı Azərbaycanın yanındadır"
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter hesabında yazıb
"Azərbaycanın Tehrandakı səfirliyində mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter hesabında yazıb.
"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", - deyə Ərdoğan dəstək paylaşımında vurğulayıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.