XƏBƏRLƏR / Qonşular

Hikmət Hacıyev Mehdi Sənayi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi İran Prezidentinin müşaviri ilə beynəlxalq və regional məsələləri müzakirə ediblər

Hikmət Hacıyev Mehdi Sənayi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.

    Görüşdə iki ölkə prezidentlərinin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi əlaqələrə dair fikir mübadiləsi aparılıb.

    Həmçinin, 2025-ci ilin fevral ayında Hikmət Hacıyevin İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə edilib.