XƏBƏRLƏR / Qonşular

Putin Mehriban Əliyevanı təbrik etdi

Avqustun 26-sı Birinci vitse-prezidentin ad günüdür

Putin Mehriban Əliyevanı təbrik etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    "Hörmətli Mehriban Arif qızı.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

    İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm".