Paşinyan: Ermənistan “Qarabağ hərəkatı” dövrünü başa vurur
Ermənistanın Baş naziri bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə bəyan edib

Ermənistan “Qarabağ hərəkatı” dövrünü başa vurur, - Nikol Paşinyan
O, bu barədə hökumətdə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
"Mən 7-ci sinifdən Qarabağ hərəkatında iştirak etmişəm, lakin hesab edirəm ki, biz onu keçmişdə qoymalıyıq. 2025-ci ilin martında mən Ermənistan Respublikasına bu strategiyaya uyğun rəhbərlik edəcəyimi elan etdim. Əgər vətəndaşlar bunun yanlış olduğunu düşünürlərsə, onları inqilab etməyə çağırıram".
Onun sözlərinə görə, “Qarabağ hərəkatı” uzun müddətdir ki, Ermənistanın suverenliyinin və dövlətçiliyinin möhkəmlənməsinə mane olan alət kimi istifadə olunur. Ancaq indi sülh dövrü gəlib çatıb və ölkə sakinləri sabitliyin bərqərar olmasından məmnundurlar.
Baş nazir əlavə edib ki, qarşıdan gələn seçkilərdə xalq sülh və ya onun olmaması arasında seçim etməli olacaq.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin 7 iyununda keçiriləcək.