Milli Məclis İran parlamentinə cavab Bəyanatı qəbul edib
MM aprelin 5-də verilən İran parlamentinin Bəyanatını Azərbaycanın daxili işinə qarışma kimi qəbul edir
Milli Məclis İran parlamentinə cavab Bəyanatı qəbul edib.
Bəyanatda qeyd edilir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı aprelin 5-də qəbul etdiyi bəyanatı Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.
"Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı növbəti təxribatıdır", - deyə Bəyanatda qeyd olunur.
Bəyanatda Milli Məclis İranı ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən çəkinməyə çağırıb.