XƏBƏRLƏR / Qonşular

Zatıqırıq Vilayəti Azərbaycandan əl çəkmir

Bu dəfə molla rejiminin baş müşaviri Azərbaycanda yəhudi ravvinlərinin sammitinə ilişib

Zatıqırıq Vilayəti Azərbaycandan əl çəkmir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 1992-ci ildə Şuşanın ermənilərə verilməsində böyük rolu olan, İranın Ali mollasının beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Azərbaycanda yahudi ravvinlərinin sammitinin keçirilməsi ilə bağlı xəbərləri kəskin pisləyib və bu addımı misilsiz və “qeyri-islami” adlandırıb. Bu barədə SEPAH-a məxsus Mehr agentliyi yazır.

    Sosial şəbəkələrdəki paylaşımında Vilayəti xəbərin həqiqətə uyğun olmadığına ümid etdiyini bildirərək, təəccüb və təəssüf hissi keçirib.

    “Azərbaycan hökuməti ilk dəfədir ki, İslam dininə və şiəliyin qlobal nüfuzuna xələl gətirən belə pozuntuya yol verir.

    O, xəbərdarlıq edib ki, sammitin məqsədi “İbrahim razılaşması” adlanan sazişin müddətini uzatmaq və ola bilsin ki, Azərbaycanı da bu sazişə cəlb etməkdir.

    Vilayəti nəyə görəsə məsələyə İsrail dövlətini qataraq, köhnə irqçi şüarları işə salıb və qeyd edib ki, "Sionist rejimi müsəlman ölkələrinə qarşı düşmənçilik fəaliyyətini həyata keçirir".