XƏBƏRLƏR / Qonşular

Ərdoğan və Mirziyoyev Bakıya Ər-Riyaddan gələcəklər

Səudiyyə Ərəbistanında İƏT və Ərəb Dövlətləri Liqasının fövqəladə birgə iclası keçirilir

Ərdoğan və Mirziyoyev Bakıya Ər-Riyaddan gələcəklər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) fövqəladə birgə iclasında iştirak etmək üçün noyabrın 11-də Ər-Riyada gediblər.

    İƏT və Ərəb Liqasına üzv ölkələr Yaxın Şərqdəki vəziyyəti və regionda gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə edəcəklər.

    Türkiyə və Özbəkistan prezidentləri Səudiyyə Ərəbistanının paytaxtından BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.