Paşinyan: Ermənistan ordusu Azərbaycan Ordusunu keçə bilməz
Ermənistanın Baş naziri İrəvanda keçirilən “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq – 2025” konfransındakı çıxışında belə deyib
 
                                "Mən niyə Azərbaycanın ərazi bütövlüyünü tanıdım? Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda təhlükəsizlik konfransında bəyan edib.
"Biz ardıcıl olaraq legitimliyə əsaslanan təhlükəsizlik strategiyasını həyata keçiririk. Məhz bu strategiya sülhü mümkün etdi," - Paşinyan davam edib. "Uzun illərdir ki, Ermənistan təhlükəsizlik sistemini iki komponent - hərbi-siyasi ittifaqlar və ordu üzərində qurub. Lakin son illərin hadisələri, xüsusən də Azərbaycanla bir neçə münaqişə göstərdi ki, bu iki komponent işləmir... Ermənistanın orduya ehtiyacı yoxdur: o, nə qədər güclü olsa da, yenə də Azərbaycan ordusunu, xüsusən də güclü müttəfiqləri olan ordunu keçə bilməyəcək", - Ermənistanın Baş naziri Nikol Paşinyanın “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq – 2025” konfransındakı çıxışından.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            