Ermənilər yenə Araratsız qaldılar
Bu düzəliş Sərdar Kılıcın Ermənistana səfərindən sonra elan edilib

Ermənistan hökuməti sərhədi keçərkən pasportlara qoyulan möhür nümunəsini dəyişir.
Yeni möhürdə artıq Ermənistanla heç bir əlaqəsi olmayan Ağrı dağı (Ararat) təsvir edilməyəcək.
Yerli müxalifət, həmişəki kimi, “itirilmiş milli dəyər” deyə hay-şüvən salıb, lakin bu, heç nəyi dəyişməyəcək: noyabrın 1-dən Ermənistana tələblərdən biri azalacaq.
Qeyd edək ki, dəyişiklik Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıc İrəvana səfərindən sonra elan edilib.