XƏBƏRLƏR / Qonşular

Rusiya "Zvartnots" aeroportuna nəzarəti Ermənistana verdi

Bu hava limanı 32 il ərzində Rusiyanın mühafizəsində olub

Rusiya "Zvartnots" aeroportuna nəzarəti Ermənistana verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri onilliklər sonra “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyalarını Ermənistan tərəfinə veriblər.

    "Sputnik Armenia" xəbər verir ki, bununla bağlı protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan və Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin rəisi, general-leytenant Roman Qolubitski imzalayıblar.

    İrəvanda keçirilən rəsmi mərasimdə Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin və Ermənistan MTN-nin Sərhəd Qoşunlarının rəhbərliyi və şəxsi heyəti iştirak edib.

    "Rusiya FTX faktiki olaraq Ermənistanın müstəqillik əldə etdiyi vaxtdan 32 il ərzində mühafizə olunan hava limanında dövlət sərhədinin mühafizəsini Ermənistan tərəfinə verib. Protokolda qeyd olunur ki, rusiyalı mütəxəssislər sərhəd nəzarətini təmin etmək üçün uzun müddətli birgə xidmət zamanı milli kadrların hazırlanması da daxil olmaqla, əvəzsiz yardım göstəriblər", deyə keçirilən tədbirdə Rusiya səfirliyinin müşaviri Maksim Seleznev deyib.

    Qeyd edək ki, Ermənistan İrəvanın “Zvartnots” aeroportunda keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyalarını sabahdan özü yerinə yetirəcək.