Ermənistan kəşfiyyatı: bu il Azərbaycanla müharibə olmayacaq
Bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin dərc etdiyi 2025-ci il üçün xarici risklərə dair illik hesabatında deyilir

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə Azərbaycanla genişmiqyaslı müharibənin baş verəcəyini ehtimalsız sayır.
Eyni zamanda qeyd olunur ki, lokal eskalasiya riskləri mövcuddur ki, bu da delimitasiya prosesində azaldıla bilər.
Bu barədə Xarici Kəşfiyyat Xidmətinin dərc etdiyi 2025-ci il üçün Ermənistan Respublikasının xarici risklərə dair illik hesabatında deyilir.