XƏBƏRLƏR / Qonşular

Qazaxıstan XİN rəhbəri həbs olunmayıb

Məlumatı Murat Nurtleu bu gün şəxsən təsdiq edib

Qazaxıstan XİN rəhbəri həbs olunmayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu kamera qarşısına keçərək həbs xəbərinin yalan olduğunu, lakin xəbəri yayan şəxsi məhkəməyə verməyəcəyini bildirib.

    Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleunun hökumət binasında görünməsi qazaxıstanlı jurnalistlər arasında böyük səs-küyə səbəb olub.

    VİDEO

    "Bu yalandır. Absurd. Düşünürəm ki, yazda insanların başına hava gəlir... Payızda isə. Hətta şərh verməyə heç sözüm yoxdur", - nazir saxlanılması ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib.

    Nurtleu jurnalistlərə bildirib ki, yalan xəbərin yayılmasına görə məhkəməyə müraciət etməyəcək.

    Bundan əvvəl “Orda” xəbər portalı xarici işlər naziri, iş adamı və KNB (Milli Təhlükəsizlik Komitəsi - ANS Press) əməkdaşlarının saxlanılması barədə məlumat yayıb. Bundan sonra Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi və Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi təkzib verib.