XƏBƏRLƏR / Qonşular

Müctəba Xameneinin adından paylaşım edilib

O, ölkənin siyasətinin dəyişməz olduğunu bəyan edib

Müctəba Xameneinin adından paylaşım edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ölkənin siyasətinin dəyişməz olduğunu bəyan edib.

    O bu barədə "X" hesabında paylaşım edib.

    "İran İslam Respublikasının ardıcıl siyasəti İmam Xomeyninin yolu ilə davam edərək “sionist-Amerika düşməninə qarşı müqavimətə dəstəyi” davam etdirməkdən ibarətdir. Bu kurs şəhid olmuş liderlərin ideyalarına sadiqlik çərçivəsində həyata keçirilir", - Xameneini bildirib.