Karapetyan və Vardanyandan separatçılara sinxron dəstək
Belə sinxron "həmrəylik" Rusiyaya bağlı iki erməni milyonçusunun vahid mərkəzdən idarə edilməsinin bariz nümunəsidir
Rusiya milyonçusu, İrəvanda ev dustağı olan Samvel Karapetyanın qardaşı oğlu yeni erməni separatçılarını yetişdirəcək və mövcud olanları dəstəkləyəcək böyük bir təşkilat yaratmağı xəyal edir.

"Hesab edirəm ki, Artsax ermənilərinin mədəni irsini qoruyacaq vahid, böyük bir təşkilatı olmalıdır. Yeni nəsil də daxil olmaqla insanların erməni dilindən istifadə edə biləcəyi bir mədəniyyət mərkəzi yaradılmalıdır. Əlbəttə ki, əsas məqsəd təhlükəsiz qayıtmaq hüququdur, amma bizim bir mədəniyyət mərkəzimiz, bir təşkilatımız olmalıdır və Artsax erməniləri bir-biri ilə əlaqə saxlamalıdırlar", - Narek Karapetyan brifinqdə bildirib.
Eyni zamanda İrəvanda Artsaxın qeyri-maddi mədəni irsini toplamaq, qorumaq və təbliğ etmək üçün yaradılmış "Artsaxın Rəqəmsal Mədəniyyət Evi" rəqəmsal platforması istifadəyə verilib. Platforma Bakı həbsxanasında cəza çəkən hərbi cani Ruben Vardanyan tərəfindən təsis edilmiş "Bizim Dağlarımız" İnkişaf Agentliyinin təşəbbüsüi ilə yaradılıb.

Maraqlıdır ki, Rusiyaya sıx bağlı olan Karapetyan və Vardanyan eyni gündə separatçıları dəstəkləyən oxşar layihələr təşəbbüsü ilə çıxış ediblər. Belə sinxronluq hər iki erməni milyonçunun vahid mərkəzdən idarə edilməsinin bariz nümunəsidir.
1 dəqiqə