Putin: Pis niyyətlilər ölkədə vəziyyəti qarışdırmaq istəyir
Rusiya Prezidenti Təhlükəsizlik Şurası ilə daxili siyasi təhlükəsizliyinin təmin edilməsini müzakirə edib
Prezident Vladimir Putin "pis niyyətlilərin vəziyyəti qarışdırmaq cəhdinə" cavab olaraq Təhlükəsizlik Şurası ilə videobağlantı formatında Rusiyanın daxili siyasi təhlükəsizliyinin təmin edilməsini müzakirə edib.
Putin bildirib ki, ölkədə vəziyyətin kənardan sarsıdılmasının qarşısını almaq üçün hər şey edilməlidir.
Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə bugünkü ənənəvi görüşü millətlərarası münasibətlər məsələlərinə həsr olunub.