XƏBƏRLƏR / Qonşular

Mərkəzi Asiya ölkələri üçün vahid viza ola bilər

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov təklif edib

Mərkəzi Asiya ölkələri üçün vahid viza ola bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid vizanın verilməsinə çağırıb.

    “Bütün Mərkəzi Asiya ölkələri nəhayət ki, sərhəd məsələlərini həll ediblər. O andan etibarən regionda əbədi sülh bərqərar oldu. İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər ölkələrdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələrində sərbəst gediş-gəlişi təmin edən vahid vizanın tətbiqi prosesinə başlamalıdırlar”, - Japarov deyib.