XƏBƏRLƏR / Qonşular

İran və Ermənistan gömrükdə "yaşıl dəhliz" yaradırlar

Bu barədə gömrük xidmətlərinin rəhbərləri Forud Əsgəri və Eduard Hakobyan İranda görüş keçiriblər

İran və Ermənistan gömrükdə "yaşıl dəhliz" yaradırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Culfasında İran və Ermənistan gömrük xidmətləri rəhbərləri arasında görüş keçirilib.

    Forud Əsgəri və Eduard Hakobyan gömrük "yaşıl dəhlizi" ilə bağlı anlaşma memorandumu imzalayıblar.

    Tərəflər həmçinin elektron sənəd mübadiləsi, yük maşınlarının hərəkətinin asanlaşdırılması, gömrük nəzarətinin əlaqələndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər və İran-Ermənistan sərhəd terminalına baş çəkiblər.