Ermənilər Azərbaycandan ruslara şıkayət edir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 25-də İrəvanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyəti müzakirə edib. Bunu Ermənistan XİN-nin mətbuat xidməti xəbər verir.
Mirzoyan ənənəvi üsulla "ağlaşma" quraraq, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın dəhlizinin işini bərpa etmək üçün Ermənistanın müttəfiqləri və tərəfdaşlarından birmənalı reaksiya və təsirli addımlar tələbini qeyd edib.