"Ermənistanın gerbindəki şir "smaylik"ə oxşayır"
"Ermənistanın himni və gerbi dəyişdirilməlidir" - Parlament sədri Alen Simonyan teleqramda yazıb
Ermənistanın himni dəyişdirilməlidir. Bunu ölkə parlamentinin sədri Alen Simonyan teleqramda yazıb.
O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır. parlamentin spikeri Alen Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb.
Parlament sədri, həmçinin yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır.
“Məncə, biz gerbin dəyişdirilməsi məsələsini müzakirə etməliyik. Ən azından Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi, o "Facebook"dakı smaylikə oxşayan şir ola bilməz, Ermənistanı müdafiə edən zəncirlənmiş qılınc ola bilməz”, - deyə parlamentin spikeri hesab edir.