XƏBƏRLƏR / Qonşular

Rusiya humanitar yardım adı ilə erməniləri siyahıya alır

Qarabağdan könüllü köçən ermənilərin sənədlərinin sürəti çıxarılır və şəxsi məlumatları toplanılır

Rusiya humanitar yardım adı ilə erməniləri siyahıya alır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Qarabağı könüllü tərk edən ermənilərin şəxsi məlumatlarını toplamağa başlayıb.

    Ermənistandakı “Rossotrudniçestvo” agentliyi humanitar yardım paylanması adı ilə könüllü olaraq Qarabağı tərk etmiş vətəndaşların şəxsi məlumatlarını toplamağa başlayıb.

    Ermənistan hökumətindəki mənbələrin bildirdiyinə görə, insanlardan pasportların, doğum haqqında şəhadətnamələrin və digər sənədlərin skanını təqdim etmək tələb olunur.