XƏBƏRLƏR / Qonşular

İran və Ermənistan münasibətlərini Aşqabadda müzakirə edib

Bu barədə Ermənistan mediası xəbər yayıb

İran və Ermənistan münasibətlərini Aşqabadda müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran və Ermənistan ikitərəfli münasibətləri və regional gündəliyi müzakirə ediblər.

    Ermənistan prezidenti Xaçaturyan Türkmənistanda BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransı çərçivəsində İranın vitse-prezidenti Məhəmməd Rza Arif ilə görüşüb. 

    Tərəflər enerji və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib, regional gündəliyə dair fikir mübadiləsi aparıblar.