XƏBƏRLƏR / Qonşular

İranın XİN başçısı Livanda səfərdədir YENİLƏNİB

A.Əraqçı Beyrutda Livanın Baş naziri ilə görüşüb

İranın XİN başçısı Livanda səfərdədir YENİLƏNİB
Abbas Əraqçı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:45

    İranın xarici işlər naziri Abbas Əraqçı Livanın Baş naziri Nəcib Mikati ilə görüşüb.

    Bu barədə “Mehr” məlumat yayıb.

    Qeyd edilib ki, Nəcib Mikati Beyrutda görüş zamanı İrana çətin anlarda Livan hökuməti və xalqına dəstək verdiyinə görə təşəkkür edib. Baş nazir Əraqçıya Livandakı son hadisələrlə bağlı məlumat verib və BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyini pisləyib.

    Əraqçı İsrailin hücumunun dayandırılması üçün beynəlxalq təşkilatların birgə fəaliyyət üçün səfərbər edilməsinin vacibliyini vurğulayıb.

    ***

    11:31

    İranın xarici işlər naziri Abbas Əraqçı Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.

    Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai "X" səhifəsində bildirib.

    O qeyd edib ki, Abbas Əraqçı başçılıq etdiyi nümayəndə heyətinə İran parlamentinin iki deputatı və Qızıl Aypara Cəmiyyətinin başçısı daxildir.

    İ.Baqai əlavə edib ki, İranın humanitar yardımı çərçivəsində Livana 10 tonluq ərzaq və dərman göndəriləcək.