Ermənistan Ədliyyə Nazirliyi: 4 kənd Azərbaycana məxsus olub
Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq
"Demarkasiyanın başa çatmasına dair sənəd parlament tərəfindən ratifikasiya olunacaq və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq".
Bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik xatırladıb ki, SSRİ-də qüvvədə olan xəritələrə görə dörd kənd Sovet Azərbaycanına məxsus olub.
Qeyd olunub ki, sərhəd dirəklərinin quraşdırılması da tərəflərin razılaşdırdığı xəritələr əsasında baş verir. Bildirilib ki, İrəvan və Bakı komissiyalarının imzaladığı protokolda “mayın 15-dək sərhədin müəyyən hissəsinin təsdiq edilməsindən”, sonra isə bu əraziyə sərhəd qoşunlarının yerləşdirilməsindən söhbət gedir.