Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı
Bu barədə Ermənistan KİV-i məlumat yayıb
Ermənistanın Tavuş vilayətinin Berkaber kəndi ərazisində minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya və demarkasiya işləri hələ tamamlanmayıb.
Bu barədə Ermənistan KİV-nə Tavuş vilayətinin Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan bildirib. O qeyd edib ki, bu gün heç bir iş görülmür.
Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.