İRNA xəbər verir ki, dini lider Ayətullah Seyid Əli Xameneyi Tehranda bu həftənin cümə namazı xütbələri başlamazdan əvvəl onun rəhbərliyi ilə Seyid Həsən Nəsrullahın anım mərasimində iştirak edib.
"Mehr" yazır ki, "Hizbullah"ın ölən lideri Seyid Həsən Nəsrullah və İran İnqilab Keşikçiləri Korpusu generalı Abbas Nilfuruşanın anım mərasimi Tehran vaxtı ilə saat 10:30-da başlayıb. Bu gün səhər saat 5:30-dan Tehranın Böyük Mosalla məscidinin qapıları açılıb.
Mərasimdən sonra çoxlu sayda insan İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneyinin imamlığı ilə cümə namazı qılacaq.
Tehranda İmam Xomeyninin iqamətgahı qarşısında və içərisində çoxlu sayda insan toplaşıb.
İran mənbələrinə görə, İranın ali dini lideri Xameneyi 5 ildən sonra ilk dəfədir məsciddə cümə namazı qılıb. Mərasimdə onunla yanaşı, İran Prezidenti Pezeşkian, parlamentin spikeri Qalibaf və məhkəmə sisteminin rəhbəri Ejei də iştirak edir. Onlardan başqa, tədbirdə on minlərlə insan iştirak edir.
Xameneyi sonuncu dəfə cümə namazını 2020-ci ilin yanvarında İranın İraqdakı iki ABŞ bazasına raket hücumlarından sonra SEPAH xüsusi qüvvələrinin komandiri Qasım Süleymaninin Bağdad hava limanında öldürülməsinə cavab olaraq qıldırmışdı.